“Monako” müdafiəçisinə 50 milyon qiymət qoydu

“Monako” müdafiəçisinə 50 milyon qiymət qoydu

“Monako”nun futbolçusu Aksel Disasi Avropa nəhənglərinin maraq dairəsinə düşüb. “Bavariya” və “Mançester Yunayted” mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir.

Hər iki klub 24 yaşlı futbolçu ilə bağlı danışıqlara başlayıb. “Knyazlıq klubu” Akseli mövsümün sonuna qədər satmayacaq.

Klub rəhbərliyi onu yayda 50 milyon avroya satmağa razıdır. Disasi cari mövsüm Liqa1-in 19 matçında 2 qol və 3 asssitə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ronaldodan qələbə ilə debüt

Növbəti yazı

Zanioloya iki müştəri