Modriç zədələndi

Modriç zədələndi

“Real”da ciddi itki baş verib. Klub Luka Modriçin xidmətindən məhrum olub.

Xorvatiyalı yarımmüdafiəçi əzələsindəki zədədən əziyyət çəkir. “Jirona” ilə oyundan sonra hələ də bərpa olunmayan 38 yaşlı futbolçunun qarşıdakı matçlarda iştirakı sual altına düşüb.

“Real” mayın 7-də İspaniya kubokunun finalında “Osasuna”, 3 gün sonra Çempionlar Liqasının ilk yarımfinal görüşündə “Mançester Siti” ilə üz-üzə gələcək. Modriç bu qarşılaşmaları buraxmaq təhlükəsi ilə üzləşib.

ETOPAZ

Əvvəlki yazı

Sakaya PSJ-dən təklif

Növbəti yazı

“Milan” “Çelsi” ilə danışıqlara başladı