Modriç Ronaldonun komanda yoldaşı ola bilər

Modriç Ronaldonun komanda yoldaşı ola bilər

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Real”ı tərk etməyə yaxındır. O, müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılmaq qərarına gəlib.

Onun madridlilərlə sözləşməsi 2024-cü ilin yayında yekunlaşır. Bildirilir ki, “Əl Nəssr”in hücumçusu Kriştiano Ronaldo 38 yaşlı xorvatiyalını Səudiyyə klubuna keçməyə razı sala bilib.

Artıq tərəflər ilkin şərtləri razılaşdırıb. Müqavilənin şərtləri açıqlanmayıb. Amma Modriçin maaşının mövsüm başına 30 milyon avro civarında olacağı bildirilir.

ETOPAZ

Əvvəlki yazı

Bonuççi “Roma” yolunda

Növbəti yazı

Salahdan yeni rekord