Modriç “Real”da qalacaq

Modriç “Real”da qalacaq

Luka Modriçin durumuna aydınlıq gəlib. O, karyerasını “Real”da davam etdirə bilər.

Danışıqlar uğurlu başa çatarsa, xorvatiyalı yarımmüdafiəçi Madriddə qalacaq. 38 yaşlı futbolçunun müqaviləsi gələn ayın sonunda bitəcək. Modriç Səudiyyə Ərəbsitanı klublarından sərfəli təklif alsa da, daha 1 il “Real”da oynaya bilər. Baş məşqçi Karlo Ançelotti xorvatiyalının komandada qalmasının tərəfdarıdır. Luka əvəzedici kimi də “Real”da qalmağın əleyhinə deyil.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 13.05.2024

Növbəti yazı

Günün kuponu – 13.05.2024