Modriç qərar verdi
Xorvatiya millisinin futbolçusu Luka Modriç yığma karyerası ilə bağlı qərarını verib. 38 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.
“Real”da çıxış edən xorvatiyalı bildirib ki, qərarını Millətlər Liqası başa çatdıqdan sonra açıqlayacaq: “Hazırda tamamilə Millətlər Liqasına köklənmişəm. Karyeram barədə sonra danışa bilərəm. Artıq yığmadakı gələcəyimlə bağlı qərarı vermişəm. Amma bu qərarı hələ açıqlamaq istəmirəm”.
Xorvatiya Millətlər Liqasının bugünkü yarımfinalında Niderlandla qarşılaşacaq.