MLS-dən cəlbedici təklif

MLS-dən cəlbedici təklif

İtaliya millisinin və “Napoli”nin futbolçusu Lorenso İnsinye MLS-dən cəlbedici təklif alıb. Kanadanın “Toronto” klubu hücumçunun xidmətində maraqlıdır.

Danışıqlar üçün Neapola gələn Toronto təmsilçisinin nümayəndələri İnsinyenin bütün maliyyə tələblərini qəbul edib. Futbolçusu ilə müqaviləni uzatmaq istəyən “Napoli” isə Lorensoya indiki anlaşmasından da aşağı maaş verməyə hazırdır. İtaliyalılar ona ildə 3,5 milyon avro maaş və 1,5 milyona çata biləcək bonuslar təklif edir.

Qeyd edək ki, İnsinyenin müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“ATP Finals”ın qrupları müəyyənləşdi

Növbəti yazı

Tayriz Maksi klub tarixinə düşdü