Mitçelldən ilk

Mitçelldən ilk

NBA-da dekabrın ən yaxşı oyunçuları müəyyənləşib. “Filadelfiya”nın mərkəz oyunçusu Coel Embiid Şərq, “Yuta”nın hücumameylli müdafiəçisi Donovan Mitçell Qərb konfransında ən yaxşı adına layiq görülüb.

Bu, Mitçellin karyerasında ilk belə mükafatdır. O, ötən 14 matçda 12 qələbə qazanılmasında pay sahibi olub. “Caz”ın basketbolçusu orta hesabla 30,2 xal, 3,2 ribaund, 5 ötürmə və 1,2 topalmaya imza atıb.

Embiid 29,2 xal, 11,2 ribaund, 3,9 ötürmə, 1,5 topalma və 1,3 blok-şotla fərqlənib. “Siksers” ötən ay keçirdiyi 14 görüşdə 8 dəfə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Ən bahalı 10 futbolçu

Növbəti yazı

Messi meydana qayıdır