“Minnesota”ya ağır cəza
NBA “Minnesota”nı cəzalandırıb. Klub 250 min dollar cərimə ödəməli olacaq.
Buna səbəb komandanın Mayamidə məşq etməsidir. Liqanın mövcud qaydaları komandanın kənarda hazırlıq keçməsinə icazə vermir. Hər bir klub yalnız “ev zonası”nda məşq edə bilər. Sentyabrın əvvəlində baş tutan məşq prosesində klubun yeni sahibi Aleks Rodriges də iştirak edib.