“Minnesota” tarixində ikinci

“Minnesota” tarixində ikinci

Karl-Entoni Tauns “Minnesota”nın tarixinə düşüb. Mərkəz oyunçusu klubun heyətində 10 min xal səddini arxada qoyan ikinci basketbolçu olub.

Tauns bu rəqəmə “Denver”lə matçda çatıb. O, 124:107 hesablı qələbəyə 32 xalla töhfə verib.

Bununla da Karl-Entoninin “Minnesota”dakı xallarının sayı 10008-ə çatıb. Yalnız bir klubda oynayan Taunsa qədər “Timbervulvz”un yalnız bir üzvü belə məhsuldar olub. Kevin Qarnett 19201 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.12.2021

Növbəti yazı

Moyes “600”ə çatdı