“Miluoki”də ciddi itki
“Miluoki”də ciddi itki yaşanır. Komanda NBA-nın pley-offuna Yannis Adetokunbosuz başlayacaq.
O, zədəsini tam sağaltmayıb. Yannis aprelin 10-da “Boston”la görüşdə sıradan çıxıb. Oyunu yarımçıq dayandıran yunan forvard pley-offun ilk mərhələsində “İndiana”ya qarşı forma geyinə bilməyəcək. Adetokunbonun seriyanın növbəti görüşlərində meydana dönməsi gözlənilir.