“Miluoki” hücumçusunu G-liqaya göndərdi
NBA-da çıxış edən daha bir basketbolçu G-liqaya göndərilib. Sandro Mamukelaşvili “Miluoki”yə lazım olmayıb.
Yarışın son çempionu gürcüstanlı oyunçusunu farm-klubu “Viskonsin Herd”ə göndərməyi lazım bilib. Hücumçunun müqaviləsi ikitərəflidir. Bu, oyunçuya həm NBA, həm də G-liqasında çıxış etməsinə imkan verir. 2021-ci ilin draftının 54 nömrəsi hər oyunda 2,1 xal toplayır.
“Miluoki” daha iki basketbolçusu barədə də qərar verib. Məşqçilər korpusu yunanıstanlı Georgios Kalaitsiakis və nigeriyalı Cordan Nvorunu heyətində saxlayıb.