Milner 800-ü arxada qoydu

Milner 800-ü arxada qoydu

Çempionlar Liqasının 1/8 final mərhələsində “İnter”lə ilk matç “Liverpul”un futbolçusu Ceyms Milner üçün əlamətdar olub. Belə ki, 36 yaşlı yarımmüdafiəçi görüşdə 86-cı dəqiqədə meydana daxil olmaqla karyerasında 800-cü oyuna çıxıb.  O, “Liverpul”da 275, “Mançester Siti”də 203, “Nyukasl”da 136, “Aston Villa”da 126, “Lids Yunayted”də 54, “Suindon”da isə 6 oyun keçirib. Milner 20 illik peşəkar karyerası ərzində mövsümdə orta hesabla 40 matça çıxır.

Qeyd edək ki, “Liverpul” “İnter”ə 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu martın 8-i İngiltərədə keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Klopp 50-yə çatdı

Növbəti yazı

Trippyerin ayağı sındı