Millinin sabiq futbolçusu karyerasını bitirdi
Braziliya millisinin və “Sevilya”nın sabiq futbolçusu Luis Fabiano karyerasını bitirib. Bu barədə qərarını hücumçunun özü açıqlayıb.
Son dörd ildə zədələrlə mübarizə aparan və iki dəfə əməliyyat olunan Fabianonun yaşıl meydanlara qayıtmaq cəhdləri uğursuz alınıb. Nəticədə 41 yaşlı braziliyalı vida ilə bağlı qərar verib.
O, sonuncu dəfə 2017-ci ildə “Vasko de Qama”da çıxış edib. Fabiano karyerası ərzində “Porto”, “San-Paulu” və “Renn” kimi klublarda da forma geyinib. O, Sevilyanın eyniadlı təmsilçisi ilə UEFA kuboku və İspaniya kubokunun hərəsini iki, Avropa və İspaniya Superkubokunu qazanıb. Fabano yığma ilə Amerika kuboku və Konfederasiyalar kubokunun qalibi olub.