Millinin oyunları ləğv oldu
“Neftçi”nin futbolçusu Alfa Kontenin şərəfini qoruduğu Syerra Leone milli komandasının yoldaşlıq oyunları ləğv olunub. Yığmanın Sudan və Botsvana seçmələri ilə martın 22-də və 25-də keçirməli olduğu qarşılaşmalar baş tutmayacaq.
Səbəb Sudan və Botsvana yığmalarının bu matçlardan imtina etməsidir. Buna görə də Konte milli komandanın düşərgəsinə yollanmayacaq.