Millinin hücumçusu “Marsel”dən getdi
“Marsel”in və Seneqal millisinin futbolçusu Amadu Dyenq klubunu dəyişib. 22 yaşlı forvard karyerasını Liqa1-in digər komandasında davam etdirəcək.
Hücumçunun təqdimat mərasimi “Renn”lə görüşdən əvvəl baş tutub. Bu matçda onun komandası 2:1 hesablı qələbə qazanıb.
DÇ-2022-də iştirak edən Dyenq 4 matça çıxıb. O, bir qol vurub.