Millinin baş məşqçisi istefaya göndərildi
Misir milli komandasının baş məşqçisi Ehab Qalyal istefaya göndərilib. O, bu postda cəmi 3 oyun duruş gətirib.
Bu ilin yazında Karluş Keyruşu əvəzləyən mütəxəssis son matçlarda qeydə alınan nəticələrə görə vəzifəsindən azad edilib.
Onun yetirmələri Afrika Millətlər kubokunun seçmə oyunlarında Qvineya üzərində qələbədən (1:0) sonra Efiopiyaya 0:2 uduzub və yoxlama matçında Cənubi Koreya ilə bacarmayıb – 1:4.
Misir Futbol Federasiyası yeni baş məşqçi axtarışına başlayıb. Bu vəzifəyə xarici mütəxəssisin gətirilməsi planlaşdırılır.