Millimizin ilkin heyəti açıqlandı

Millimizin ilkin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti bəlli olub. Yığmamızın baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının oyunlarına çağırdığı futbolçuların siyahısını xüsusi təşkil olunan mətbuat konfransında açıqlayıb.

Portuqaliyalı mütəxəssis yığmamızın “sükanı arxası”nda ilk dəfə müəyyənləşdirdiyi heyətə 24 futbolçu daxil edib. Bu oyunçular sentyabrın 5-də Bakıda İsveç, 8-də Koşitsedə Slovakiyaya qarşı görüşlərdə Santuşun sərəncamında olacaq.

Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Mehdi Cənnətov (“Sumqayıt”), Yusif İmanov (“Sabah”);

Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Abbas Hüseynov (hamısı “Qarabağ”), Qismət Alıyev, Ceyhun Nuriyev (hər ikisi “Zirə”), Rahil Məmmədov (“Radomyak”, Polşa), Amin Seydiyev, (“Sabah”), Şəhriyar Əliyev (“Turan Tovuz”);

Yarımmədafiçilər: Aleksey İsayev (“Qarabağ”), Elvin Camalov (hər ikisi “Sabah”), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Emin Mahmudov (“Neftçi”), Ozan Can Kökcü (HİK, Finlandiya), Emil Mustafayev (“Polissiya”, Ukrayna), Xəyal Nəcəfov (“Turan Tovuz”);

Hücumçular: Rüstəm Əhmədzadə (“Zirə”), Nəriman Axundzadə (“Qarabağ), Renat Dadaşov (“Ankaragücü, Türkiyə), Ramil Şeydayev (“Neftçi”).

Qeyd edək ki, millimiz sentyabrın 2-dən təlim-məşq toplanışına başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Ramos Ərəbistan yolunda

Növbəti yazı

“Qəbələ”də ayrılıq