Millimizin heyətinin açıqlanacağı tarix bəlli oldu

Millimizin heyətinin açıqlanacağı tarix bəlli oldu

Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Avqustun 30-da, saat 11:00-da Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında yığmanın Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda İsveç və sentyabrın 8-də Koşitsedə Slovakiya milliləri ilə oyunlar üçün heyəti açıqlanacaq.

Qeyd edək ki, tədbir AFFA-nın inzibati binasında baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən növbəti transfer

Növbəti yazı

Azərbaycanın mövqeyi dəyişmədi