Millimizin futbolçusu zədələndi

Millimizin futbolçusu zədələndi

Azərbaycan millisinin heyətində dəyişiklik olub. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq yığmanın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna “Qarabağ”ın yarımmüdafiəçisinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 20.03.2024

Növbəti yazı

“Real”ın zədəliləri meydanlara dönür