“Komanda hardasa istədiyimizin 70-80 faizini yerinə yetirdi”

“Komanda hardasa istədiyimizin 70-80 faizini yerinə yetirdi”

Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Bolqarıstanla qollu heç-heçə edib – 1:1.

FİFA Series çərçivəsindəki görüşdən sonra millimizin məşqçisi Arif Əsədov qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Maraqlı oyun oldu. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Komandama gəlincə, onu deyə bilərəm ki, bu matça çox istəkli çıxmışdıq, sona qədər rəqibi üstəliyib, qələbə qazanmaq istəyirdik. Ani bir məqamda qol buraxdıq, və bu, komandanı bir qədər ruhdan saldı. Lakin dəyişikliklər edib, oyunu gücləndirdik. Deyərdim ki, komanda hardasa istədiyimizin 70-80 faizini yerinə yetirdi. Ümumilikdə futbolçularımı əzmkar oyuna görə təbrik edirəm”.

ETOPAZ

Əvvəlki yazı

Millimizdən heç-heçə

Növbəti yazı

Osimhenə 3 müştəri