Millimiz Belçika ilə bacarmadı

Millimiz Belçika ilə bacarmadı

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan yığması AVRO-2025-in seçmə mərhələsində ikinci oyununu keçirib. Milli Bakıda son Avropa çempionu Belçika ilə qarşılaşıb.

İlk görüşdə Litvaya uduzan komandamızı güclü rəqiblə oyunda çətin sınaq gözləyirdi. Bütün periodlarda üstün oynayan belçikalılar fərqli qələbə qazanıblar. Qarşılaşma rəqib komandanın 136:28 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər görüşündə Polşa öz meydanında Litva ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Haaland “Real”ın hədəfində

Növbəti yazı

Liderdən növbəti qələbə