Millimiz 35-ci pillədə

Millimiz 35-ci pillədə

Milli komandaların tamaşaçı reytinqi açıqlanıb. İFFHS dünya çempionatlarının Avropa zonası üzrə seçmə mərhələlərindəki orta tamaşaçı sayını tərtib edib.

Ev və səfər oyunlarının hamısının nəzərə alındığı siyahıda Azərbaycan millisi 35-cidir. Yığmamızın orta göstəricisi 16 min 376-dır. Millimiz mundial yolunda 66 matç keçirib. Bu qarşılaşmaları 1 milyon 80 min 817 tamaşaçı izləyib.

57 komandanın yer aldığı siyahıya İngiltərə başçılıq edir – 51 min 835. İkinci yerdə artıq mövcud olmayan Saarland qərarlaşıb – 41 min 500. Hər matçında 40 min 979 tamaşaçı olan Almaniya üçüncüdür.

ETOPAZ

Əvvəlki yazı

Nağıyev 200-cü oyununu keçirdi

Növbəti yazı

Ferqyuson “Arsenal” yolunda