Milli komandalarda ən çox quru oyun keçirənlər

Milli komandalarda ən çox quru oyun keçirənlər

İFFHS milli komandalarda ən çox quru oyun keçirən qapıçıların reytinq siyahısını hazırlayıb. Cədvələ İker Kasilyas başçılıq edir.

O, digərlərini böyük fərqlə qabaqlayır. Aktivində 103 quru oyun olan ispaniyalı dünyada 100-ü ötmüş yeganə qapıçıdır. İkinci sırada Cianluici Buffon qərarlaşır (77). İtaliyalı aktiv olaraq karyerasını davam etdirir. “Üçlüy”ü Edvin van der Sar qapayır. Niderland millisinin sabiq qapıçısı 72 quru oyun keçirib.

Ümumilikdə 25 qapıçı milli komandanın heyətində 50-dən çox matçda qapısını qola bağlayıb.

  1. İker Kasilyas (İspaniya) – 103
  2. Cianluici Buffon (İtaliya) – 77
  3. Edvin van der Sar (Niderland) – 72
  4. Essam El-Hadari (Misir) – 69
  5. Məhəmməd Əl-Dəya (Səudiyyə Ərəbistanı) – 69
  6. Peter Şilton (İngiltərə) – 66
  7. Şay Qiven (İrlandiya) – 64
  8. Dino Zoff (İtaliya) – 62
  9. Hüqo Lloris (Fransa) – 62
  10. David Ospina (Kolumbiya) – 61

ETOPAZ

Əvvəlki yazı

Abraham üçün 120 milyon

Növbəti yazı

Snayder “Unterxt”in hədəfində