Milli komandada vida

Milli komandada vida

Belçika millisinin qapıçısı Simon Minyole yığma karyerasını başa vurub. Bunu qolkiperin özü açıqlayıb.

“Brügge”də forma geyinən futbolçu bir daha milli forma geyinməyəcək. 35 yaşlı qapıçı 2011-ci ildən yığmada çıxış edirdi.

Minyole millidə 35 matç keçirib. O, 38 top buraxıb və 10 quru oyun keçirib.

Qeyd edək ki, Simon vaxtilə “Sanderlend” və “Liverpul”da da forma geyinib.

ETOPAZ

Əvvəlki yazı

“Real” Bellinqemi istəyir

Növbəti yazı

“Real”dan Mbappe qərarı