Millətlər Liqasının püşkü atıldı: Millimizin rəqibləri bəlli oldu
Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılıb. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Avropanın 55 yığması 4 liqanın 14 qrupuna bölünüb. A, B və C liqalarının hərəsində 4 komandadan ibarət 4 qrupun tərkibi bəlli olub. D liqasında bir qrupda 4, digərində 3 komanda yer alıb.
C liqasında mübarizə aparacaq Azərbaycan millisi 3-cü qrupda Slovakiya, Belarus və Qazaxıstan – Moldova cütünün qalibi ilə qüvvəsini sınayacaq. Sonuncu gələn ilin martında təşkil olunacaq pley-offda dəqiqləşəcək.
Qrup oyunları 2022-ci ildə baş tutacaq. İlk dörd tur iyunun 1-14-də, son iki tur sentyabrın 22-27-də keçiriləcək. B, C, D liqalarında qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaq. A və liqalarının qrup sonuncuları aşağı dəstəyə düşəcək. C liqasında dörd qrup sonuncusu pley-offda iki uğursuzu müəyyənləşdirəcək.
Pley-off 2023-cü ilin martın 21-23 və 24-26-da, A liqasında yarımfinal iyunun 14-15-də, üçüncülük matçı və final iyunun 18-də keçiriləcək.
A liqası
1-ci qrup: Fransa, Danimarka, Xorvatiya, Avstriya
2-ci qrup: İspaniya, Portuqaliya, İsveçrə, Çexiya
3-cü qrup: İtaliya, Almaniya, İngiltərə, Macarıstan
4-cü qrup: Belçika, Niderland, Polşa, Uels
B liqası
1-ci qrup: Ukrayna, Şotlandiya, İrlandiya, Ermənistan
2-ci qrup: İslandiya, Rusiya, İsrail, Albaniya
3-cü qrup: Bosniya və Herseqovina, Finlandiya, Rumıniya, Monteneqro
4-cü qrup: İsveç, Norveç, Serbiya, Sloveniya
C liqası
1-ci qrup: Türkiyə, Lüksemburq, Litva, Farer adaları
2-ci qrup: Şimali İrlandiya, Yunanıstan, Kosovo, Kipr/Estoniya
3-cü qrup: Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan/Moldova
4-cü qrup: Bolqarıstan, Şimali Makedoniya, Gürcüstan, Cəbəllütariq
D liqası
1-ci qrup: Lixtenşteyn, Qazaxıstan/Moldova, Andorra, Latviya
2-ci qrup: Malta, Kipr/Estoniya, San-Marino