Milinkoviç-Saviç “Latsio”da qalacaq
Sergey Milinkoviç-Saviç “Latsio”nu tərk etməyəcək. Bunu İtaliya klubunun prezidenti Klaudio Lotito açıqlayıb.
O bildirib ki, serbiyalı yarımmüdafiəçi satılmayacaq: “Milinkoviç-Saviç satılmır. Bir neçə il əvvəl onun üçün 140 milyon avro təklif olundu. Amma biz imtina etdik. Hansıda top-klubdan cəlbedici təklif alsaq, bu barədə Sergeyi məlumatlandıracağıq”.
Qeyd edək ki, öncə “Voyvodina” və “Genk”də oynamış futbolçu 2015-ci ildə “Latsio”ya keçib.