“Milan”ın hədəfindəki braziliyalı

“Milan”ın hədəfindəki braziliyalı

“Milan” heyətinə yeni vinger qatmağı planlaşdırır. İtaliya klubu Angelo Borjesin xidmətində maraqlıdır.

18 yaşlı braziliyalı vətənində “Santos”un formasını geyinir. Hazırda iki klub arasında danışıqlar davam edir.

Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilmir. Braziliya klubu 20 milyon avro və əlavə bonuslar tələb edir. Milanın eyniadlı klubu isə 15 milyon ödəmək fikrindədir.

Borjes bir neçə İngiltərə klubunun da maraq dairəsindədir. Onlar arasında “Nyukasl” da yer alıb.

Qeyd edək ki, Angelo 2022-ci ildə 23 matçda 1 qol və 5 asssitə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında

Növbəti yazı

“Milan”dan yeni təklif