“Milan”ın 20 milyonluq hədəfi

“Milan”ın 20 milyonluq hədəfi

“Milan”ın qış transfer pəncərəsi üçün əsas hədəfi bəlli olub. İtaliya klubu mərkəz müdafiəçisi Sven Botmanı heyətinə qatmağa qərar verib.

Fransa “Lill”inin 21 yaşlı futbolçusunun qiyməti A seriyası təmsilçisini qane etmir. Belə ki, Liqa1 təmsilçisi oyunçu üçün 20 milyon avro tələb edir. Milanlılar bu üzdən də Botmanı sonradan almaq hüququ ilə icarəyə götürməyi planlaşdırır.

Niderland yığmasının futbolçusu cari mövsüm “Lill”də keçirdiyi 21 matçda 1 qol və 1 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Atletik”in hücumçusu icarəyə verildi

Növbəti yazı

Lebron Ceyms “Top-4”də