“Milan”ı almaqdan imtina etdilər
Bəhreyn şirkəti “Milan”ı almaqdan imtina edib. İnvestisiya qurumu “İnvestcorp” belə addım atıb.
Şirkət bu qərarı haqqında bildirib. Qurum razılaşma əldə edə bilmədiklərini açıqlayıb:
“Biz “Elliott” ilə “Milan”ı almaq üçün danışıqlar aparırdıq. Premium sövdələşmələrdə olduğu kimi, heç bir kommersiya razılaşması əldə edilmədi və biz danışıqları dayandırmaq qərarına gəldik. “Milan”a növbəti və sonrakı mövsüm üçün ən yaxşısını arzulayırıq”.
Qeyd edək ki, daha əvvəl “İnvestcorp”un “Milan”ı 1,18 milyard avroya almaq niyyətində olduğu bildirilmişdi.