“Milan”dan 20 milyonluq transfer
Yunus Musanın “Milan”a keçidi razılaşdırılıb. “Valensiya”nın yarımmüdafiəçisi yaxın günlərdə İtaliya klubuna keçəcək.
ABŞ yığmasının 20 yaşlı futbolçusu üçün 20 milyon avro ödəniləcək. O, tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Musa 2019-cu ildən “Valensiya”nın formasını geyinir. O, ötən mövsümün 37 matçında 2 assist müəllifi olub.