“Milan”da yeni müqavilə

“Milan”da yeni müqavilə

“Milan”ın hücumçusu Rafael Leao gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. 22 yaşlı forvard “rossonyerlər”də qalmaq istədiyini bildirib.

Portuqaliyalı futbolçu rəhbərliyin yeni müqavilə təklifini qəbul edəcəyini təsdiqləyib. Hazırda tərəflər danışıqların son mərhələsindədir. Yeni müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulacaq. Leao hər mövsümə 4,5 milyon avro maaş və əlavə bonuslar qazanacaq.

Qeyd edək ki, Rafael Leaonun hazırkı sözləşməsi 2024-cü ilin yayına kimidir. O, bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Albaniya da Rusiya ilə oynamaqdan imtina etdi

Növbəti yazı

Medvedev dünyanın birinci raketkasıdır