“Milan” və “Real” yarımfinalda

“Milan” və “Real” yarımfinalda

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. İlk matç günündə 2 qarşılaşma baş tutub.

“Napoli” “Milan”ı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. “Rossoneri” 22-ci dəqiqədə penalti qazanıb. Lakin Olivye Jiru burada dəqiq ola bilməyib. Buna baxmayaraq, fransalı hissənin sonlarında fərqlənməyi bacarıb. İkinci yarı isə “Napoli”nin üstünlüyü ilə keçib. 82-ci dəqiqədə Xviça Kvaratsxeliya 11 metrlik cərimə zərbəsini qolla tamamlaya bilməyib. Görüşün son dəqiqələrində səhnəyə Viktor Osimhen çıxıb. Lakin neapolluların gücü bundan artığına çatmayıb – 1:1 (ilk oyun 0:1).

“Çelsi” isə “Real”ı qəbul edib. Matç qarşılıqlı hücumlar şəraitində keçib. Komandaların səylərinə baxmayaraq, ilk hissədə hesab açılmayıb. Fasilədən sonra isə Rodriqo fərqlənib. Braziliyalı görüşün sonlarında dublunu rəsmiləşdirməyi də bacarıb – 2:0 (ilk oyun 2:0).

Beləliklə, “Milan” və “Real” yarımfinal mərhələsinə yüksəlib. Onların buradakı rəqibləri sabah müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

İki güləşçimiz Avropa çempionu oldu

Növbəti yazı

“Real”dan yeni rekord