“Milan” sindroma son qoydu

“Milan” sindroma son qoydu

“Milan” Çempionlar Liqasında 11 illik həsrətə son qoyub. İtaliya təmsilçisi 1/4 final mərhələsinə vəsiqə qazanıb.

1/8 finalın ilk oyununda evdə “Tottenhem”i 1:0 hesabı ilə məğlub edən “Milan” cavab qarşılaşmasında qolsuz heç-heçə oynayaraq uğursuz seriyasını qırıb. Onlar sonuncu dəfə 2012-ci ildə 1/4 finala yüksəlmişdilər. Həmin vaxt “Barselona”ya məğlub olan (0:0 və 0:3) komanda yarışda iştirakını başa vurmuşdu.

ETOPAZ

Əvvəlki yazı

PSJ-də 2 ayrılıq

Növbəti yazı

Rabyoya 2 müştəri