“Milan” oyunçunu klubda saxlayır

“Milan” oyunçunu klubda saxlayır

“Milan” hücumçusunu komandada saxlamağa qərar verib. A seriyası təmsilçisi Rafael Leao ilə yeni müqavilə üzrə danışıqları yekunlaşdırmağı planlaşdırır.

Aprelin əvvəlində İtaliya klubunun rəhbərliyinin 22 yaşlı portuqaliyalının agenti Xorxe Mendeşlə görüşü planlaşdırılıb. Bu görüşdə tərəflər razılıq əldə etməyi düşünür.

Bildirilir ki, Leaonun yeni müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədə olacaq. Oyunçu bonuslar nəzərə alınmadan ildə 4,5 milyon avro alacaq.

Qeyd edək ki, Leao cari mövsüm “Milan”ın heyətində 33 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

ETOPAZ

Əvvəlki yazı

İtaliya millisində koronavirus təhlükəsi

Növbəti yazı

Lukaku “Çelsi”dən ayrılmaq arzusunda