“Milan” Nelssonu istəyir

“Milan” Nelssonu istəyir

“Qalatasaray”ın müdafiəçisi Viktor Nelsson komandanı tərk edə bilər. O, “Milan”ın transfer siyahısına düşüb.

Klubun müdafiə xətti üçün transfer siyahısında üç ad var. A seriyası nəhənginin mərkəz müdafiəçisi mövqeyinə namizədlərdən biri isə “Qalatasaray”ın 25 yaşlı futbolçusudur. “Barselona”nın Premyer Liqa komandasına icarəyə verdiyi solaxay müdafiəçi Klemen Lenqle və “Betis”in üzvü Xuan Miranda da bu siyahıdadır. Bu namizədlər üçün transfer danışıqları “Milan”ın müşaviri Zlatan İbrahimoviçin aparacağı gözlənilir. Ona görə də yaxın günlərdə Zlatanın İstanbula gələcəyi ehtimal edilir.

ETOPAZ

Əvvəlki yazı

“Napoli” prezidenti Elmasın keçidini təsdiqlədi

Növbəti yazı

Sərgən Yalçın “Beşiktaş”a dönə bilər