“Milan” İbrahimoviçlə müqaviləni uzadır
İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni uzadacaq. A seriyası təmsilçisi isveçli hücumçu ilə anlaşmanın detallarını razılaşdırıb.
40 yaşlı veteranın hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Tərəflər 2023-cü ilin iyununa qədər nəzərdə tutulan anlaşma barədə razılıq əldə edib.
Qeyd edək ki, Zlatan cari mövsümdə A seriyasının 6 oyununda 3 qol vurub.