“Milan” hücumçusunu itirdi

“Milan” hücumçusunu itirdi

İtaliya “Milan”ının futbolçusu Ante Rebiç zədələnib. Hücumçu A seriyasının VIII turunun “Verona” ilə oyununda (3:2) xəsarət alıb.

Xorvatiyalı futbolçu zədə səbəbindən 36-cı dəqiqədə meydanı tərk edib. Ante dabanındakı ağrılar üzündən oyunu davam etdirə bilməyib. 2019-cu ildə “Ayntraxt”dan icarəyə götürülən Rebiçlə bir il sonra tam müqavilə imzalanıb. 28 yaşlı futbolçu cari mövsümdə 8 matçda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”dan qış transferlərinə 50 milyon

Növbəti yazı

Tupan və Fiqeroa “Qolden Steyt”ə lazım olmadı