“Milan” hücumçu axtarışında

“Milan” hücumçu axtarışında

“Milan” “Torino”nun hücumçusu Andrea Belottini transfer etmək qərarına gəlib. “Rossonyeri” yayda azad agent olacaq futbolçunu pulsuz ələ keçirməyi planlaşdırır.

Yaşlı hücumçular Zlatan İbrahimoviç və Olivye Jirunun ümidinə qalan milanlılar ön xətti gücləndirməyi zəruri sayır. “Torino” ilə müqaviləni uzatmaqdan imtina edən Belotti “Milan”ın siyahısındakı yeganə forvard deyil. “Sassuolo”dan Canluka Skamakka, “Piza”dan Lorenso Lukka da klubun maraq dairəsindədir.

ETOPAZ

Əvvəlki yazı

Aleks məğlubiyyət seriyasına son qoydu

Növbəti yazı

Karridən yeni rekord