Middltonun durumu qeyri-müəyyən olaraq qalır

Middltonun durumu qeyri-müəyyən olaraq qalır

“Baks”ın hücumçu Kris Middltonun zədəsi davam edir. Onun “Seltiks”lə pley-offun ikinci mərhələsinin həlledici matçlarında (1:1) iştirakı qeyri-müəyyəndir.

“Miluoki”nin baş məşqçisi Mayk Budenholzerin sözlərinə görə, Middlton qarşıdurmanın üçüncü və dördüncü oyunlarını buraxacaq. Sonrakı görüşlərdə isə Krisin mümkün qayıdışına münasibət bildirən mütəxəssis, “Görəcəyik” deyib.

Qeyd edək ki, 30 yaşlı Middltonun “Çikaqo”ya qarşı 2-ci oyunun dördüncü rübündə ayağı burxulub.

ETOPAZ

Əvvəlki yazı

Avrokubokların finallarında 6 fərqli ölkə

Növbəti yazı

“Arsenal” Arteta ilə müqaviləni uzatdı