Messinin şirkəti hamını işdən qovdu

Messinin şirkəti hamını işdən qovdu

Argentinalı hücumçu Lionel Messiyə məxsus “MIM Hotels” otellər şəbəkəsi İspaniyanın Kadis şəhərində otel alıb. Lakin şirkət dərhal otelin heyətini tamamilə yeniləməyə qərar verib.

Nəticədə orada çalışan 40-a yaxın əməkdaş işsiz qalıb. Onlar arasında 20 ildən çoxdur oteldə fəaliyyət göstərənlər də var. Ancaq bu kütləvi ixtisar Kadis əyalətinin meri Xuan Karlos Ruis Boysun narazılığına səbəb olub. O, açıqlamasında peşəkarların işinə dönməsinə çalışacaqlarını söyləyib.

Qeyd edək ki, ötən yay “Barselona” ilə müqavilə müddəti bitən Lionel Messi azad agent kimi PSJ-yə keçib.
 

ETOPAZ

Əvvəlki yazı

Ronaldonun oğlu “Mançester Yunayted”də

Növbəti yazı

Luka Donçiçdən rekord