Messinin gedişindən sonra ilk dəfə

Messinin gedişindən sonra ilk dəfə

“Barselona” Çempionlar Liqasının pley-offuna yüksəlib. Komanda turnirin 5-ci turunda “Porto”nu məğlub edərək buna nail olub – 2:1.

Kataloniyalılar Lionel Messinin gedişindən sonra ilk dəfə 1/8 finala vəsiqə qazanıb. Klub bundan əvvəl iki mövsüm ardıcıl olaraq turnirin qrup mərhələsində üçüncü yeri tutub və yolunda Avropa Liqasında davam edib.

Xatırladaq ki, argentinalı superulduz komandanı 2020-21 mövsümündə tərk edib.

ETOPAZ

Əvvəlki yazı

PSJ üçün 19 ilin ən pis göstəricisi

Növbəti yazı

“Tottenhem” Todibonu istəyir