Messidən üçüncü assist “het-triki”

Messidən üçüncü assist “het-triki”

Lionel Messi karyerasında üçüncü dəfə bir oyunda üç assist müəllifi olub. Bu, Fransa Liqa1-in XV turunda baş verib.

PSJ-nin hücumçusu “Sent-Etyenn” üzərində 3:1 hesablı qələbədə üç qolun ötürməsini verməklə pay sahibi olub. Argentinalının əvvəlki iki assist het-triki “Barselona”nın heyətində reallaşıb. 2016-cı il martın 12-də “Xetafe”, 2020-ci fevralın 9-da “Betis”lə qarşılaşmada Messi üç qola ötürmə verib.

“Sent-Etyenn”lə görüş daha iki məqamla əlamətdar olub. Serxio Ramos Paris klubunda debüt edibsə, Neymar zədələnərək meydandan çıxarılıb. Braziliyalının durumuna müayinələrdən sonra tam aydınlıq gələcək.

e-Topaz

Əvvəlki yazı

“Zirə”dən böyükhesablı qələbə

Növbəti yazı

Günün kuponu – 29.11.2021