Messi zədələndi
Argentina millisində ciddi itki baş verib. Komandanın kapitanı Lionel Messi zədələnib.
O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsinin Braziliya ilə oyununda (1:0) qasıq nahiyəsindən xəsarət alıb. Bunu superulduzun özü açıqlayıb:
“Matç zamanı əzələmdə narahatlıq hiss etdim. Bu, mənim üçün ilin son oyunu idi. Yaxşı ki, sağalmağa vaxtım var”.