Messi yubileyini rəsmiləşdirdi

Messi yubileyini rəsmiləşdirdi

PSJ Liqa 1 çərçivəsində “Nant”la qarşılaşıb. Görüş Lionel Messi üçün əlamətdar olub.

O, yubiley matçına çıxıb. 35 yaşlı hücumçu Fransa çempionatının son turunda “Nant”la görüşdə (1:3) klub səviyyəsində 800-cü matçına çıxıb. Lionel “Barselona”da 785, PSJ-də isə 15 oyun keçirib.

Argentinalı futbolçu bu oyunlarda 679 qol vurub, 273 məhsuldar ötürmə edib. 

ETOPAZ

Əvvəlki yazı

Benzema 300-ü arxada qoydu

Növbəti yazı

PSJ 2010-cu ildən sonra ilk dəfə