Benzema 300-ü arxada qoydu

Benzema 300-ü arxada qoydu

Madrid “Real”ı La Liqanın növbəti turu çərçivəsində “Alaves”lə qarşılaşıb (3:0). Görüş “kral klubu”nun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Fransalı forvard matçda penaltini dəqiq yerinə yetirib və 2 məhsuldar ötürmə verib. O, 63-cü dəqiqədə Marko Asensioya, 80-ci dəqiqədə isə Vinisius Juniora məhsuldar ötürmə edib. Əlavə vaxtda isə 11 metrlik cərimə zəbəsini dəqiq yerinə yetirib.

34 yaşlı hücumçu hazırda Madrid klubunun heyətində La Liqada 210 qol və 91 məhsuldar ötürmə ilə 301 xala malikdir.

Son 50 il ərzində Benzemadan başqa yalnız iki “Real” oyunçusu – Raul Qonzales (228+83) və Kriştiano Ronaldo həmin uğura imza atıb. (311+88).

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqası 1/8 finallarının bombardirləri

Növbəti yazı

Messi yubileyini rəsmiləşdirdi