Messi: “Matçdan sonra həddən artıq şokda idim”

Messi: “Matçdan sonra həddən artıq şokda idim”

Argentina millisinin və PSJ-nin ulduzu Lionel Messi futbolçu karyerasının ən böyük uğurunu xatırlayıb. Hücumçu Amerika kubokunun qalibi olmasını xəyalının gerçəkləşməsi adlandırıb. Messi Braziliya ilə final matçından sonra şokda olduğunu da gizlətməyib: “Dəfələrlə son anda qaçırdığım xəyalımı gerçəkləşdirməklə ruhi sakitlik tapdım. Bu, yuxuya bənzəyirdi. İnana bilmirdim ki, qalib gəlmişik. İndi şəkillərə baxanda daha çox xoşlanıram, nəinki həmin vaxt. Çünki həmin matçdan sonra həddən artıq şokda idim. İndi uşaqlarım həmişə Argentina mahnıları oxuyur, Braziliya ilə finalı xatırlayır. Onların bundan necə zövq aldıqlarını görmək inanılmazdır”.

ETOPAZ

Əvvəlki yazı

Sofiya Kenin qayıdır, Serena Uilyams yenə kənarda

Növbəti yazı

Boatenqə 1,8 milyonluq cərimə