Messi komandanın məşqində iştirak etmədi

Messi komandanın məşqində iştirak etmədi

“İnter Mayami”nin futbolçusu Lionel Messi komandanın son məşqində iştirak etməyib. Onun hazırlıqdan kənarda qalmasının səbəbi açıqlanmayıb.

Argentinalı futbolçunun fərdi idman zalında məşq etdiyi bildirilib. İyulun 15-də Amerika kubokunun finalında topuğundan zədələnən Messi avqustun sonunda komandanın məşqlərinə qoşulub.

Qeyd edək ki, “İnter Mayami” növbəti oyununu sentyabrın 15-də “Filadelfiya”ya qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Vilyarreal”dan yeni transfer

Növbəti yazı

Akenin durumuna aydınlıq gəldi