Messi ilin futbolçusu seçildi

Messi ilin futbolçusu seçildi

FİFA-nın “The Best” mükafatının qalibləri müəyyənləşib.2022-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimində açıqlanıb.

Tədbir Fransanın paytaxtı Parisdə təşkil olunub. 2022-ci ilin ən yaxşı futbolçusu adına Lionel Messi layiq görülüb.

Argentina millisinin və PSJ-nin 36 yaşlı hücumçusu DÇ-2022-nin çempionu olub. O, 2016-cl ildə təsis olunan bu mükafatı ikinci dəfə qazanıb.

2019-cu ildə də “The Best”in qalibi olan Messi bu ada iki dədə sahib çıxan Kriştiano Ronaldo və Robert Levandovskiyə çatıb. Bu “üçlük”dən başqa Luka Modriç də mükafata sahib çıxıb.

Parisdəki tədbirdə digər nominasiyalarda da ən yaxşılar seçilib:

İlin ən yaxşı qadın qapıçısı – Meri İrps (İngiltərə, “Mançester Yunayted”)

İlin ən yaxşı qapıçısı – Emiliano Martines (Argentina, “Aston Villa”)

Ən gözəl qolun müəllifi üçün Puşkaş mükafatı – Marçin Oleksi (Polşa, “Varta”)

İlin ən yaxşı qadın məşqçisi – Sarina Viqman (Niderland, İngiltərə yığması)

İlin ən yaxşı məşqçisi – Lionel Skaloni (Argentina)

İlin feyr-pley mükafatı – Luka Loçoşvili (Gürcüstan, “Kremoneze”)

İlin ən yaxşı fanatları – Argentina millisinin azarkeşləri

İlin rəmzi qadın komandası – Kristian Endler, Lüsi Bronz, Mariya Leon, Lia Uilyams, Vendi Renar, Aleksi Putelyas, Keyra Uolş, Lena Oberdof, Aleks Morqan, Sam Kerr, Bett Mid

İlin rəmzi komandası – Tibo Kurtua, Əşrəf Hakimi, Joao Kanselu, Vircil van Deyk, Kevin de Breyne, Luka Modriç, Kazemiro, Lionel Messi, Kilian Mbappe, Kərim Benzema, Erlinq Haland

İlin ən yaxşı qadın futbolçusu – Aleksiya Putelyas (İspaniya, “Barselona”)

İlin ən yaxşı oyunçusu – Lionel Messi (PSJ, Argentina)

ETOPAZ

Əvvəlki yazı

Derbidə bərabərlik

Növbəti yazı

Messinin “üçlüy”ü