Messi favoritləri açıqladı

Messi favoritləri açıqladı

PSJ-nin futbolçusu Lionel Messi Çempionlar Liqasındakı şansları dəyərləndirib. Yeni komandasını titula iddiaçılar sırasında görən argentinalı ulduz digər favoritləri də açıqlayıb:

“Hamı deyir ki, biz əsas favoritik. Adlara görə iddiaçılardan birinin biz olduğumuzu inkar etmirəm. Amma biz hələ həqiqətən güclü komanda olmalıyıq. Heyətimiz tam oturuşmalıdır. Bizim üstünlüyümüz çox yaxşı futbolçuların olmasıdır. Amma biz tək deyilik, digər əla komandalar da var. Çempionlar Liqası çox çətin turnirdir. Bu da onu gözəl və xüsusi edir. Burada ən yaxşı komandalardır. Bəli, biz favoritlərdən biriyik, lakin yeganə deyilik. “Liverpul” çox yaxşıdır və Çempionlar Liqasını qazanan dövrünü xatırladır. “Mançester Siti”, “Bavariya”, “Real” və “Atletiko” da var. Mükafat uğrunda mübarizə apara biləcək komandalar az deyil. Son illərdə ən rəqabətli, bərabər səviyyəli komandaların çox olduğu mövsümlərdən biridir. Kuboku qazana biləcək bir neçə komanda var”.

ETOPAZ

Əvvəlki yazı

Halanda cəlbedici təklif

Növbəti yazı

21-ci dəfə “Top-20”də