Messi dünya rekordunu təkrarları

Messi dünya rekordunu təkrarları

DÇ-2022-nin ilk yarımfinal oyunu start götürüb. Argentina – Xorvatiya matçına ilk dəqiqələrdən çıxan Lionel Messi dünya çempionatlarında 25-ci dəfə şans qazanıb.

35 yaşlı hücumçu bununla da turnirin rekordunu təkrarlayıb. İndiyədək yalnız Lotar Matteus mundiallarda bu qədər oyun keçirib.

Final və ya 3-cü yer uğrunda matçda da meydana çıxsa, argentinalı forvard Almaniya millisinin sabiq futbolçusunun rekordunu yeniləyəcək.

ETOPAZ

Əvvəlki yazı

“San-Antonio”da yeni müqavilə

Növbəti yazı

“Barselona” üçün 20 milyonluq argentinalı